21 iyun 2022, 14:33

Asif Məmmədəliyevdən, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident.

Vətənimizin ərazi bütövlüyünün bərpası ilə nəticələnən müharibədə qazanılmış Qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu sevinci bizə yaşatdığınıza görə xalqımız Sizə minnətdardır.

Mən Vətən müharibəsi əliliyəm. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Erməni vəhşiliyini görmüş bir şəxs olaraq, haqq müharibəsində qazanılan Zəfərə görə Sizə minnətdarlığım sonsuzdur. Apardığınız müdrik və qabaqcıl siyasət nəticəsində nəhayət ədalət erməni vəhşiliyinə qalib gəldi.

Əziz Prezidentimiz, Siz müharibə əlillərinə və şəhid ailələrinə daim diqqət və qayğı göstərirsiniz. Bu diqqət və qayğıya görə Sizə xüsusi olaraq təşəkkürümü bildirirəm.

Allah Sizi qorusun, Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin!

Hörmətlə,

Məmmədəliyev Asif

Azərbaycan Respublikası, Şəki şəhəri.