20 iyun 2022, 13:01

Humay İbrahimovadan, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin uğurlu siyasətinizin nəticəsidir ki, ölkə vətəndaşlarının sosial təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər onların yaşayışına öz müsbət təsirini göstərir.

Ünvanlı dövlət sosial yardımlarının təyin olunması, sosial müavinətlərin və təqaüdlərin verilməsi, əhalinin üzünüməşğulluq proqramına cəlb edilməsi bunun əyani təsdiqidir.

Cənab Prezident, ölkəmizdə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən razılığımı bildirirəm. Mən aztəminatlı ailənin üzvüyəm. Bizim ailəyə ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur.

Göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edir, uzun ömür, möhkəm cansağlığı, Azərbaycanın inkişafı, xalqımızın xoşbəxtliyi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Humay İbrahimova

Azərbaycan Respublikası, Şəki şəhəri.