17 iyun 2022, 18:03

Reyhan Behbudovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Mənim həyat yoldaşım Behbudov Vaqif Yusif oğlu Xocalının müdafiəsi uğrunda xidməti vəzifəsini yerinə yetirən zaman şəhid olmuşdur. Sizin biz şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğı danılmazdır. Şəhid ailələrinə verilən aylıq müavinətlər, təqaüdlər ildən-ilə artırılır.

Cənab Prezident, mən, Birinci Qarabağ müharibəsi şəhidinin həyat yoldaşı kimi Sizə və Mehriban xanım Əliyevaya minnətdaram.

Allah Sizləri qorusun.

Dərin hörmətlə,

Behbudova Reyhan Allahverdi qızı

Şəhid ailəsinin üzvü, Xocalı şəhər sakini

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi.