13 iyun 2022, 13:44

Asya Məmmədovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz həmişə şəhid ailələrinin mənəvi dayağı və himayədarı olmusunuz. Sizin tərəfinizdən təsdiq edilən dövlət proqramları, imzalanan fərman və sərəncamlar bu kateqoriyadan olan insanların yanında olmağınızın bariz nümunəsidir. 2020-ci ildə Azərbaycan Ordusunun Zəfər yürüşü və Vətən Müharibəsində əldə etdiyimiz nailiyyətdən sonra şəhid ailələrinə dövlət qayğısı daha da artırılmışdır. Məhz bu uğurlu siyasətinizin nəticəsidir ki, şəhid ailələrinin mənzil probleminin aradan qaldırılması sahəsində böyük işlər uğurla davam etdirilir, bir çox şəhər və rayonda fərdi evlər və yaşayış binaları tikilir, yeni yaşayış kompleksləri salınır.

Mən də bir şəhid anası kimi, mənzil-məişət şəraitimin yaxşılaşdırılması barədə Sizə müraciət etmişdim. Mənə Abşeron rayonunda şəhid ailələri və müharibə əlilləri üçün inşa edilmiş binadan mənzil ayrılmışdır. Sizin atdığınız bu addım mənim 18 yaşında şəhidlik zirvəsinə ucalmış oğlumun ruhuna göstərdiyiniz ehtiramın bir nümunəsidir. Mən qürur hissi keçirirəm ki, 30 ildən çox işğala son qoyan bu tarixi Qələbədə mənim şəhid oğlumun da payı vardır.

Əziz Prezidentimiz, Vətən uğrunda canından keçmiş minlərlə şəhidimizin ruhuna bəslədiyiniz ehtirama və onların ailə üzvlərinə göstərdiyiniz qayğıya görə Sizə minnətdaram.

Hörmətlə,

Məmmədova Asya Qamət qızı

Vətən Müharibəsi şəhidinin anası

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.