14 iyun 2022, 14:50

Sevinc Xancanovadan, Sumqayıt, Azərbaycan

Əziz və hörmətli Prezidentimiz.

Sizə ürəyimdə olan ən xoş, ülvi hisslərimlə minnətdarlığımı bildirir, xalqımız və dövlətimiz üçün gördüyünüz işlərə görə sonsuz təşəkkür edirəm.

Hər birimiz üçün müqəddəs sayılan Vətən müharibəsində qazanılan uğurlara görə Sizə minnətdaram. Hər zaman Sizə və ailənizə dua edir, həyatda ən vacib və qiymətli nemət olan cansağlığı arzu edirəm. Mən fəxr edirəm ki, azərbaycanlıyam və Sizin kimi bir Prezidenti olan ölkənin vətəndaşıyam.

Möhtərəm Prezident, mən fəaliyyət göstərdiyim tibb müəssisəsindən xaric olunmuşdum. Məsələ ilə bağlı bu yaxınlarda müraciət etmişdim. Çox şadam ki, hüquqlarım müdafiə edildi və mən öz işimə bərpa olundum. Vətəndaşlara göstərilən bu cür diqqət və qayğıya görə Sizə və Sizin siyasətinizi layiqincə təmsil edən şəxslərə təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Xancanova Sevinc Məyiş qızı

Azərbaycan Respublikası, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi.