11 iyun 2022, 14:20

Həcər Abdullayevadan, Sumqayıt, Azərbaycan

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.

Mən Azərbaycan Respublikasının ərazi bütövlüyü, dövlət müstəqilliyimizin qorunması uğrunda 1993-cü ildə şəhid olmuş Abdullayev Mənsur Ötərxan oğlunun həyat yoldaşıyam.

Müstəqillik dövründən başlayaraq ölkəmizə qarşı həyata keçirilən ədalətsiz torpaq iddiaları, ərazilərimizin əhəmiyyətli hissəsinin işğalı, çoxsaylı qaçqın və məcburi köçkünlərin ölkənin mərkəzinə doğru axını respublikamızda çətin vəziyyət yaratmışdı. Biz torpaqlarımızın nə vaxtsa qaytarılacağına olan ümidlərimizi itirmirdik.

Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın azad olunması ilə Siz Azərbaycanın yeni tarixini qızıl hərflərlə yazdınız. Dövlətimizə, eyni zamanda, qazilərə və şəhid ailələrinə göstərdiyiniz qayğı və diqqət xalqımız tərəfindən daim yüksək qiymətləndirilir. Mən şəhid ailəsinin üzvü kimi Sumqayıt şəhərində təmirli mənzillə təmin olunmuşam.

Hörmətli cənab Prezident, ailəmiz adından Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Abdullayeva Həcər Əsəd qızı

Şəhid ailəsinin üzvü

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.