11 iyun 2022, 11:45
Afət Cəfərovadan, Zərdab, Azərbaycan
Çox hörmətli cənab Prezident.
Sizin rəhbərliyiniz altında Şanlı Ordumuz işğal altında olan əbədi və əzəli torpaqlarımızı, doğma Qarabağımızı 44 günlük Vətən müharibəsi ilə azad etdi. Bu Qələbə Azərbaycan tarixinə şanlı səhifə kimi qızıl hərflərlə əbədi həkk olundu.
Sizin şəhid ailələrinin və müharibə əlillərinin rifahının və həyat şəraitinin yüksəldilməsinə göstərdiyiniz diqqət və qayğı xalqımız tərəfindən çox yüksək qiymətləndirilir. Mən şəhid ailəsinin üzvüyəm, həmin qayğı və diqqəti yaxından hiss edirəm.
Əziz Prezidentimiz, şəhid ailələrinə göstərdiyiniz tükənməz qayğıya görə Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi pənahında saxlasın.
Hörmətlə,
Afət Cəfərova
Şəhid ailəsinin üzvü
Azərbaycan Respublikası, Zərdab şəhəri.