Vaqif Əliyev və İsgəndər Pəniyevdən, Bərdə, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Allah ulu öndərimiz Heydər Əliyevə qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun. Xalqa Sizin kimi oğul bəxş eləmək hər kəsə nəsib olmur.
Siz həmişə deyirsiniz ki, biz hamımız xalqın xidmətçisi olmalıyıq, həmişə xalqın yanında olmalıyıq. Sizin bu sözlərinizin təsir dairəsi çox böyükdür. Vəzifəli şəxslər qarşısında qoyduğunuz tələb və vəzifələr, onlara verdiyiniz tövsiyələr vətəndaşlara xidmət sahəsində də özünü göstərir. Çox sağ olun ki, xalqımıza belə qayğıkeş münasibət bəsləyirsiniz. Sizin kimi səmimi, müdrik və qətiyyətli dövlət başçımız olduğu üçün fəxr edirik.
Sizin respublikanın regionlarına göstərdiyiniz diqqətin nəticəsidir ki, bu gün Bərdə rayonu dahi şairimiz Nizami Gəncəvinin əsərlərində təsvir edildiyi kimi güllü-çiçəkli görkəm alıb. Bu gün təkcə Bərdəni deyil, ümumilikdə ölkəmizin hər bir guşəsini gəzərkən insan ürəyi dağa dönür.
Sizə bütün keçmiş məcburi köçkünlər adından dərin təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Əliyev Vaqif,
Pəniyev İsgəndər,
Ağdam rayon sakinləri.
Azərbaycan Respublikası, Bərdə rayonu, Həsənqaya kəndi.