10 iyun 2022, 16:30

Novruz Qurbanovdan, Gəncə, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Sizin doğma Azərbaycana rəhbərliyiniz dövründə görülən işləri, əldə olunan uğurlu nəticələri xalqımız alqışlarla qarşılayır, bütün bunlar barədə ağızdolusu danışılır. Son illər ərzində respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlar sayəsində yeni-yeni obyektlər istifadəyə verilmiş, on minlərlə insan işlə təmin olunmuş, ölkəmizin iqtisadi gücü artmış, xalqımızın rifahı yüksəlmişdir.

Biz görürük ki, vətəndaşların müraciətlərinə də həssaslıqla yanaşılır, bu sahədə işlərin daha da yaxşılaşdırılması üçün mühüm işlər görülür.

Mən bir müddət idi ki, işsiz qalmışdım. İşlə təmin olunmağım barədə Sizə müraciət yazdım və müsbət nəticəsini gördüm. Sizin tapşırığınız əsasında işlə təmin olundum.

Cənab Prezident, ölkə əhalisinin xoş güzəranı üçün gördüyünüz işlərə görə Sizə dərin minnətdarlığımı bildirir, uzun ömür, möhkəm cansağlığı arzu edirəm.

Sizi ömürlük Azərbaycan Respublikasının Prezidenti görmək arzusundayam.

Hörmətlə,

Novruz Qurbanov

Azərbaycan Respublikası, Gəncə şəhəri.