10 iyun 2022, 14:41

Əliağa Ələkbərovdan, Cəlilabad, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Mən kəndimizin çoxsaylı vətəndaşları adından Sizə dərin minnətdarlığımı bildirirəm. Ona görə ki, vətəndaşların qayğısına qalırsınız, hər zaman xalqın yanındasınız. Respublikamızın hər yerində olduğu kimi, Cəlilabad rayonunda da quruculuq işləri görülür. Son vaxtlar rayondakı Şəhidlər Xiyabanı əsaslı şəkildə abadlaşdırılmış, narahat olan bəzi yollar asfaltlanmışdır.

Şəhid ailələrinin, müharibə əlillərinin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşlaşdırılması da daim Sizin diqqət mərkəzinizdədir. Sizin bu kateqoriyalardan olan vətəndaşlarla görüşləriniz, onlara çox qayğıkeş münasibət göstərməyiniz və çox xoş söhbətləriniz bizi sevindirir, Sizə olan rəğbətimizi və məhəbbətimizi daha da artırır.

Vətən və xalq naminə daim Sizin yanınızdayıq.

Dərin hörmətlə,

Əliağa Ələkbərov

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Sabirabad kəndi.