10 iyun 2022, 12:40

Qabil İbrahimlidən, Mingəçevir, Azərbaycan

Möhtərəm cənab Prezident.

Mən Azərbaycan Respublikası Prezidentinin mükafatını aldığıma görə qürur duyuram. Bununla əlaqədar imzaladığınız Sərəncama görə Sizə minnətdaram.

Əməyimə yüksək dəyər verməyiniz məni daha da həvəsləndirir, yeni yaradıcılıq uğurlarına səsləyir. Eyni zamanda, bu mükafat mənim məsuliyyət hissimi sanki artırıb və qarşıma ürəkdən bağlı olduğum teatr səhnəsində yeni sanballı rollar yaratmaq kimi şərəfli vəzifə qoyub.

Möhtərəm cənab Prezident, göstərdiyiniz etimada, əməyimə verdiyiniz yüksək qiymətə görə Sizə bir daha dərin təşəkkürümü bildirir, Sizə və ailə üzvlərinizə uzun ömür və möhkəm cansağlığı arzulayıram.

Hörmət və ehtiramla,

Qabil İbrahimli

Mingəçevir Dövlət Dram Teatrının aktyoru, “Tərəqqi” medallı, Prezident mükafatçısı

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.