09 iyun 2022, 15:34

Ağabəy Ağayevdən və başqalarından, Biləsuvar, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin tapşırığınız əsasında, mərkəzi icra hakimiyyəti orqanlarının və digər qurumların rəhbərləri tərəfindən şəhər və rayonlarda keçirilən vətəndaş qəbulları öz müsbət nəticələrini verir. Bu qəbullar sayəsində vətəndaşları narahat edən məsələlər diqqətlə dinlənilir və həlli ilə əlaqədar lazımi tədbirlər görülür. Biz özümüz də bu ayın əvvəlində Gədəbəy rayonunda keçirilən belə qəbullardan birində iştirak etdik. Qəbul çox obyektiv və şəffaf həyata keçirildi. Bir daha şahidi olduq ki, vətəndaşlar üzləşdikləri problemləri birbaşa aidiyyəti qurumların rəhbərlərinin diqqətinə çatdırır, narahatlıq doğuran məsələlərin aradan qaldırılması barədə fikir mübadiləsi aparırlar. Bu qəbullar dövlət-xalq münasibətlərini daha da yaxşılaşdırır, xalqın inamını yüksəldir.

Cənab Prezident, xalqa göstərdiyiniz qayğıya, vətəndaşlara öz sözünü demək, səmərəli fəaliyyət göstərmək imkanı yaratdığınıza görə Sizə ürəkdən minnətdarlığımızı bildiririk. İşləriniz hər zaman avand olsun.

Hörmətlə,

Ağayev Ağabəy,

Əliyev Mirhəsən,

Əliyev Kazım.

Azərbaycan Respublikası, Biləsuvar rayonu, Əmənkənd kəndi.