09 iyun 2022, 12:00

Samir Namazlıdan, Goranboy, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Mən 3-cü qrup Vətən müharibəsi əliliyəm. Müharibədə sağlamlığımı itirsəm də, torpaqlarımızın azadlığında iştirak etdiyim üçün öyünür, fəxr edirəm. Bu sevinc mənə bütün ağrı-acını unutdurmuşdur. Bizə - müharibə əlillərinə göstərdiyiniz diqqət və qayğı göz önündədir. Sizin göstəriş və tapşırıqlarınıza əsasən, mənim və digər müharibə əlillərinin, şəhid ailələrinin sosial problemlərinin həlli istiqamətinə lazımi kömək göstərilir.

Cənab Prezident, göstərilən diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirir, Sizə və Ailənizə uzun ömür, möhkəm cansağlığı arzu edirəm.

Hörmətlə,

Namazlı Samir Vahid oğlu

Azərbaycan Respublikası, Goranboy rayonu.