08 iyun 2022, 16:34

S.Qafarovadan, Samux, Azərbaycan

Əziz Prezidentimiz.

Siz Azərbaycan xalqının arzularını həyata keçirirsiniz. Ata vəsiyyətini yerinə yetirərək torpaqlarımızı işğaldan azad etdiniz, dərdimizə əncam çəkdiniz, istədiyimizə nail oldunuz. İndi həmin yerləri, Şuşanı gözəlləşdirirsiniz. “Allaha çox şükürlər olsun!” – deyirik.

Sizin kimi Prezidenti olan xalq xoşbəxtdir. Sizə möhkəm cansağlığı arzulayıram, cənab Prezident!

Qarabağda həyata keçirilən quruculuq işləri, bununla əlaqədar imzaladığınız sərəncamlar, verdiyiniz tapşırıqlar bizi sevindirir. Allah daim qollarınıza qüvvət, gözlərinizə nur versin, Sizi arzularınıza çatdırsın!

Hörmətlə,

S.Qafarova

Azərbaycan Respublikası, Samux rayonu, Yenikənd kəndi.