07 iyun 2022, 18:02

Şərqiyyə Məmmədovadan, Yevlax, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin Ali Baş Komandanlığınızla şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər dillərdə dastana çevrilmişdir. İşğal altında olan əbədi və əzəli torpaqlarımızın azad olunması xalqımızı həm hədsiz sevindirdi, həm də onun birliyini, mətinliyini, döyüş qabiliyyətini bütün dünyaya əyani şəkildə nümayiş etdirdi.

Mənim oğlum Vətən müharibəsində iştirak etmiş və yaralanmışdır. Sizin şəhid ailələrinin, müharibə əlillərinin sosial rifahının və həyat şəraitinin yüksəldilməsinə göstərdiyiniz diqqət və qayğını mən də yaxından hiss edirəm. Bu yaxınlarda Sizin bizə olan diqqətinizi bir daha gördüm. Oğlumun üzləşdiyi problemlə əlaqədar Sizə ünvanladığım müraciətə baxıldı və bizi narahat edən məsələ qısa müddətdə müsbət həll olundu.

Cənab Prezident, bu diqqət və qayğıya görə Sizə şəxsən öz adımdan və ailəm adından təşəkkürümü bildirirəm. Çox sağ olun!

Hörmətlə,

Məmmədova Şərqiyyə

Azərbaycan Respublikası, Yevlax rayonu, Cırdaxan kəndi.