07 iyun 2022, 12:51
Vüqar İbrahimovdan, Abşeron, Azərbaycan
Möhtərəm cənab Prezident.
Mən İkinci Qarabağ müharibəsinin qazısı, ehtiyatda olan zabitəm. Mənə əlilliyimlə əlaqədar göstərilən xüsusi diqqətə, həmişə dayağımızda olduğunuza görə Sizə xüsusi təşəkkürümü bildirirəm.
Biz müqəddəs torpaqlarımız uğrunda döyüşərkən, öz Ali Baş Komandanımızdan – Sizdən böyük ruh alırdıq, daha həvəslə, daha istəklə mübarizə aparırdıq. Bu gün ona görə mənəvi rahatlıq tapırıq ki, həm torpaqlarımız düşmən işğalından azad edilib, həm də bizim zəhmətimiz qiymətləndirilir, dövlət qayğısı ilə əhatə olunuruq.
Allah Sizi və ailənizi qorusun. Sağ olun, var olun.
Hörmətlə,
Vüqar İbrahimov
Vətən Müharibəsində xəsarət almış şəxs
Azərbaycan Respublikası, Abşeron rayonu.