01 iyun 2022, 13:31

Elçin Əliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin Zəngilan rayonuna son səfəriniz, oradakı dəqiq, konkret, qətiyyətli və aydın çıxışlarınız qəlbimizi qürurla doldurdu. Biz Sizdən, Siz isə xalqdan güc alırsınız.

Siz müstəqil Azərbaycanın azad yaşaması və inkişafı üçün öz həyatını dövlətinə, xalqına həsr edən əsl Lidersiniz. Hər zaman yanınızdayıq, cənab Prezident.

Qarabağı bizə qaytardığınız üçün Sizə, şəhidlərimizə və qazilərimizə bir ömür boyu borcluyuq və daim minnətdarıq.

Sizə uzun ömür, cansağlığı, şərəfli işinizdə uğurlar arzu edirəm.

Hörmətlə,

Əliyev Elçin Elxan oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.