Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

18 may 2022, 20:13

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251, № 5, maddə 323, № 12, maddə 835; 2001, № 1, maddə 24, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003, № 6, maddələr 276, 279, № 8, maddələr 424, 425, № 12 (I kitab), maddə 676; 2004, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321, № 8, maddə 598, № 10, maddə 762, № 11, maddə 900; 2005, № 1, maddə 3, № 6, maddə 462, № 7, maddə 575, № 10, maddə 904, № 11, maddə 994; 2006, № 2, maddələr 71, 72, 75, № 5, maddə 390, № 12, maddələr 1008, 1020, 1028; 2007, № 2, maddə 68, № 5, maddə 398, № 6, maddələr 560, 562, 579, № 8, maddə 757, № 10, maddələr 937, 941, № 11, maddələr 1049, 1080, 1090, № 12, maddə 1221; 2008, № 6, maddələr 454, 461, № 7, maddə 602, № 10, maddə 884, № 12, maddələr 1047, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 953; 2010, № 2, maddə 70, № 3, maddələr 171, 178, № 4, maddələr 275, 276, № 7, maddə 591; 2011, № 4, maddə 253, № 6, maddə 472, № 7, maddələr 587, 601, 621, № 11, maddə 980, № 12, maddə 1093; 2012, № 2, maddə 45, № 3, maddələr 193, 196, № 7, maddələr 666, 669, 673, № 11, maddə 1068, № 12, maddə 1223; 2013, № 1, maddə 14, № 2, maddə 102, № 4, maddə 364, № 5, maddələr 459, 479, 481, № 6, maddələr 594, 600, № 11, maddələr 1264, 1286, 1312, № 12, maddə 1492; 2014, № 2, maddələr 89, 95, № 4, maddə 327, № 6, maddələr 618, 622; 2015, № 4, maddələr 339, 359, 368, № 5, maddələr 504, 508, 510, № 6, maddələr 678, 690, 692, № 11, maddələr 1253, 1268, 1289, 1298, № 12, maddələr 1437, 1445; 2016, № 4, maddələr 634, 636, 638, 653, № 5, maddə 845, № 6, maddələr 993, 1001, № 12, maddələr 1983, 1999, 2008, 2019, 2038, 2048; 2017, № 2, maddə 161, № 3, maddə 330, № 5, maddələr 694, 697, 700, 702, 733, № 7, maddələr 1268, 1271, 1293, № 11, maddələr 1968, 1978, № 12 (I kitab), maddə 2231; 2018, № 3, maddə 403, № 5, maddə 861, № 6, maddə 1154, № 7 (I kitab), maddə 1441, № 10, maddə 1972, № 11, maddə 2213, № 12 (I kitab), maddə 2472; 2019, № 4, maddə 586, № 7, maddə 1201, № 8, maddə 1367; 2020, № 3, maddə 223, № 5, maddə 518, № 7, maddə 832, № 8, maddə 1010, № 11, maddələr 1332, 1333; 2021, № 6 (I kitab), maddə 541, № 8, maddə 894; Azərbaycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 453-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 99-4.5-ci maddədə “214–220, 233” rəqəmləri “206.2-206.4, 214–220, 233, 234, 237, 240” rəqəmləri ilə əvəz edilsin;

1.2. 206-cı maddə üzrə:

1.2.1. 206.2-ci maddədə “təsirli” sözü “təsir edən” sözləri ilə əvəz edilsin;

1.2.2. 206.3-cü maddədə “206.1 və ya 206.2-ci” sözləri “206.1–206.2-ci” sözləri ilə əvəz edilsin;

1.3. 234-cü maddə üzrə:

1.3.1. 234.1-ci maddədə “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilsin;

1.3.2. aşağıdakı məzmunda 234.1-1-ci maddə əlavə edilsin:

“234.1-1. Bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə –

üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

1.3.3. 234.4.3-cü maddənin sonunda tire işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 234.4.4-cü maddə əlavə edilsin:

“234.4.4. kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə –”;

1.3.4. aşağıdakı məzmunda 234.4-1-ci maddə əlavə edilsin:

“234.4-1. Bu Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə –

səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

1.3.5. “Qeyd” hissəsinin 2-ci bəndində “şəxsi istehlak miqdarından artıq və külli” sözləri “xeyli, külli və xüsusilə külli” sözləri ilə, “xeyli və külli” sözləri “xeyli, külli və xüsusilə külli” sözləri ilə əvəz edilsin;

1.4. aşağıdakı məzmunda 235.5-ci maddə əlavə edilsin:

“235.5. Bu Məcəllənin 235.1–235.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə –

on ildən on yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

1.5. 237-ci maddə üzrə:

1.5.1. 237.1-ci maddədə “, yetişdirmə və ya onları (onların hissələrini) toplama” sözləri “və ya yetişdirmə” sözləri ilə əvəz edilsin;

1.5.2. aşağıdakı məzmunda 237.3-cü maddə əlavə edilsin:

“237.3. Bu Məcəllənin 237.1 və 237.2-ci maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə –

altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

1.6. 240-cı maddə üzrə:

1.6.1. aşağıdakı məzmunda 240.3-1-ci maddə əlavə edilsin:

“240.3-1. Bu Məcəllənin 240.1, 240.2 və 240.3-cü maddələrində nəzərdə tutulmuş əməllər güclü təsir edən maddələrə münasibətdə xüsusilə külli miqdarda törədildikdə –

altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;

1.6.2. “Qeyd” hissəsinin 1-ci bəndinə “külli” sözündən sonra “və xüsusilə külli” sözləri əlavə edilsin.

Maddə 2. Keçid müddəaları

2.1. Bu Qanunun 1.3.1-ci, 1.3.4-cü, 1.3.5-ci, 1.4-cü, 1.5-ci maddələri narkotik vasitələrin və ya psixotrop maddələrin xeyli və xüsusilə külli miqdarını, habelə prekursorların və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin xüsusilə külli miqdarını müəyyən edən müvafiq qanunla eyni gündə qüvvəyə minir.

2.2. Bu Qanunun 1.6-cı maddəsi narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin xüsusilə külli miqdarını müəyyən edən müvafiq qanunla eyni gündə qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 aprel 2022-ci il