16 may 2022, 17:45

Aslan Nuriyevdən, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmizdə şəhid ailələrinin və müharibə əlillərinin sosial rifahının yaxşılaşdırılması, onların sosial və məişət problemlərinin həll olunması üçün müvafiq icra strukturlarına verdiyiniz tapşırıqlara görə Vətən müharibəsi əlili olaraq Sizə təşəkkür edirəm.

Mən 2021-ci ilin fevral ayında cərrahiyyə əməliyyatından sonra Lənkəran şəhərində yaşadığım ünvana qayıtdım. O gündən bəri bütün müharibə əlilləri kimi, mən də diqqət mərkəzindəyəm, problemlərimin həll olunmasında mənə yaxından kömək göstərilir. Lənkəran şəhərində özünüməşğulluq proqramına qoşularaq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qərara almışdım. Bu məqsədlə iaşə obyektinin tikilməsi üçün mənə torpaq sahəsi ayrılıb və maddi kömək göstərilib.

Cənab Prezident, əlbəttə, bütün bunlar Sizin yürütdüyünüz siyasətin təzahürüdür. Buna görə Sizə dərin təşəkkürümü bildirirəm. Bir müharibə əlili olaraq hər zaman Sizin siyasətinizi dəstəkləyirəm.

Hörmətlə,

Nuriyev Aslan Qafar oğlu, Aprel döyüşləri iştirakçısı, Vətən müharibəsi əlili.

Azərbaycan Respublikası, Lənkəran rayonu, Hirkan qəsəbəsi.