12 may 2022, 15:10

Ceyhun Cəfərovdan, Krasnoyarsk, Rusiya

Çox hörmətli cənab Prezident,

İcazə verin, Azərbaycanın və türk dünyasının mədəniyyət paytaxtı və hər bir azərbaycanlı üçün müqəddəs torpaq sayılan Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında iştirakıma imkan yaradıldığına görə Sizə dərin ehtiramımı və minnətdarlığımı bildirim.

Azərbaycan xalqının oğluyam, Rusiya Federasiyasının Krasnoyarsk vilayətinin Krasnoyarsk şəhərində yaşayıram və işləyirəm, Rusiya Federasiyasında fəaliyyət göstərən Beynəlxalq Hüquqşünaslar İttifaqının Əlaqələndirmə Şurasının üzvü, Krasnoyarsk vilayəti üzrə rəhbəriyəm, Yeni Azərbaycan Partiyasının üzvüyəm. Mən Böyük Qələbəmizə görə heç nə ilə müqayisə edilməyəcək hisslər keçirirəm, xüsusi ehtiram və fəxarət hissi duyuram.

Sizə - Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanına, öz Vətəninə görə cəsarət və şücaət göstərən Azərbaycan Ordusuna və şəhidlərinə, qəhrəmanlıqla həlak olanlara təşəkkürümü bildirirəm ki, biz Şuşaya qalib kimi əbədi qayıtdıq.

Mən bir azərbaycanlı və Azərbaycan Respublikasının vətəndaşı kimi istəyirəm Sizi əmin edim ki, gələcək həyatımda və fəaliyyətimdə də Sizin ümummilli inkişaf strategiyanızın, zəmanəmizin görkəmli siyasi xadimlərindən biri olan, Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyev tərəfindən təməli qoyulmuş iki ölkə arasındakı dostluq münasibətlərinin gələcək inkişafının yolçusu olacağam.

İcazə verin, bütün qəlbimlə Sizə möhkəm cansağlığı və uzun ömür arzulayım.

Səmimi hörmətlə,

Cəfərov Ceyhun Sabir oğlu,

Rusiya Federasiyasında fəaliyyət göstərən Beynəlxalq Hüquqşünaslar İttifaqının Əlaqələndirmə Şurasının üzvü, Krasnoyarsk vilayəti üzrə rəhbəri.

Rusiya Federasiyası, Krasnoyarsk şəhəri.