Lev Spivakdan, Yerusəlim, İsrail
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında iştirak edən İsrail nümayəndə heyəti harada yaşamasından asılı olmayaraq Azərbaycanın əsl vətənpərvərlərinin ümdə arzusunun təcəssümünə çevrilmiş təntənəli tədbirə qatılmaq fürsətinə görə Sizə səmimi qəlbdən təşəkkür edirəm.
“Qələbə qurultayı” Azərbaycanın mədəniyyət paytaxtında - uzun illərdən sonra işğaldan azad edilmiş Şuşa şəhərində keçirildi. Bu, Azərbaycanın 44 günlük azadlıq müharibəsində qalib gəlməsi, ərazi bütövlüyünü bərpa etməsi sayəsində mümkün oldu. Azərbaycan əsgərlərinin tarixi Qələbəsi Sizin müdrik rəhbərliyiniz, aydın siyasi taktikanız, mahir hərbi strategiyanız və incə diplomatiyanız sayəsində mümkün olub.
Bu Qələbə nəticəsində Vətənimizin tarixi ədaləti bərpa etdiyinə, Azərbaycan xalqının fəxrlə qalib xalq adlandırıldığına görə Azərbaycan diasporunun nümayəndələri Sizə minnətdardır.
Qurultayın yüksək səviyyədə təşkilinə görə Sizə təşəkkürümü bildirir, Vətənimizə və bütün Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram
Dərin hörmət və ehtiramla,
Lev Spivak, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti
İsrail Dövləti, Yerusəlim şəhəri.