İlham Əliyevin Belarus Respublikasına rəsmi səfəri başa çatmışdır

29 avqust 2012, 19:20
İlham Əliyevin Belarus Respublikasına rəsmi səfəri başa çatmışdır

Prezident İlham Əliyevin Belarus Respublikasına rəsmi səfəri başa çatmışdır.

Minsk Milli Aeroportunda görüşən Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko qısa söhbət etdilər.

Prezident Aleksandr Lukaşenko Prezident İlham Əliyevin Belarusa rəsmi səfərinin və bu səfər çərçivəsində aparılan danışıqların nəticələrinə toxunaraq dedi:

-Bu görüşlərin gedişində yeni ideyalar, təşəbbüslər yaranır. Budəfəki səfərin gedişində də belə oldu. Mən çox minnətdaram ki, bu ilin oktyabrında Bakıda bizim nümayəndə heyətimizi, ümumiyyətlə, görüşümüzün gedişində yaranan təklifləri götür-qoy edəcək birgə komissiyanı qəbul etməyə razı oldunuz. Siz dediyiniz kimi, bundan sonra hansı istiqamətdə hərəkət edəcəyimizi birmənalı olaraq müəyyənləşdirərik.

Belarus dövlətinin başçısı ölkəsinin Azərbaycan ilə ticarət əlaqələrinin maraqların qarşılıqlı təmin olunması əsasında genişləndirilməsini vurğulayaraq bildirdi:

-Biz məmnuniyyətlə Belarusda bütün bərabər imkanlar daxilində Azərbaycan mallarına üstünlük verəcəyik. Biz hər hansı bir güzəşt xahiş etmirik. Əgər bizim ticarət mübadiləsində və sairdə hər hansı bir maneə yoxdursa, fikrimcə, bunun mahiyyəti elə budur.

Prezident İlham ƏLİYEV: Çox sağ olun, Aleksandr Qriqoryeviç! Əvvəla qonaqpərvərliyə, mənə və nümayəndə heyətimin üzvlərinə göstərdiyiniz səmimi qəbula görə təşəkkür etmək istərdim. Mən öz səfərimin nəticələrindən çox məmnunam. Biz Sizinlə xeyli müddət bir yerdə olduq, çox mühüm məsələləri müzakirə etdik, o cümlədən, ilk növbədə, əlbəttə, ikitərəfli formatda danışıqlar apardıq və gələcək üçün böyük potensial görürük. Əlbəttə, artıq görülən işlər böyük təəssürat oyadır, ona görə ki, qısa müddət ərzində həm əmtəə dövriyyəsində, həm sənaye istehsalında, həm də energetika sahəsində böyük uğurlara nail olmuşuq. Ən başlıcası isə, biznesin və qarşılıqlı səmərəli ticarətin inkişafı üçün yeni yollar müəyyənləşdirmişik.

Prezident İlham Əliyev səfər çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı aparılan müzakirələrin əhəmiyyətli olduğunu bildirərək vurğuladı:

-Bunlar həm Azərbaycanda yeni istehsal sahələri, həm tikinti, həm kənd təsərrüfatı sektorları, həmçinin əczaçılıqla bağlı yeni istiqamətlərdir. Dünən biz bu məsələni müzakirə etdik, məlum oldu ki, potensial vardır. Yəni, bizim ikitərəfli münasibətlərdə bir çox sahə var ki, hələ işə düşməyib, amma böyük perspektivlərə malikdir. Düşünürəm ki, layihələrin gerçəkləşdirilməsi nadir təcrübədir. Qərarların qəbul edilməsi ilə onların həyata keçirilməsi arasındakı müddət çox azdır.

Ən başlıcası isə bütün istiqamətlər üzrə münasibətləri qarşılıqlı inkişaf etdirmək arzusu vardır. Odur ki, mən böyük nikbinliklə, böyük planlarla qayıdıram və Bakıya çatan kimi də bütün bu layihələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsi üçün hökumət üzvlərinə bütün lazımi tapşırıqlar veriləcəkdir.

Prezident Aleksandr LUKAŞENKO: Azərbaycanda, Qafqazda ticarət münasibətləri yaratmaq əlbəttə, çox sərfəlidir. Amma Sizdən xahiş etmək istərdik ki, biz birlikdə digər ölkələrin bazarlarına çıxa bilək.

Prezident İlham ƏLİYEV: Biz də bu məsələdə çox maraqlıyıq. Ona görə ki, müəyyən müddətdən sonra bizim daxili bazarımız artıq bütünlüklə yerli istehsalla təmin olunacaqdır. Yəni, biz qarşımıza belə bir vəzifə qoymuşuq və xarici bazarlara çıxış məsələsi əlbəttə, bizim qarşımızda çox kəskin dayanacaqdır. Əgər bundan sonra da inkişaf etmək istəyiriksə, - təbii ki, biz bunu istəyirik, - gərək ixrac potensialı, ixrac bazarları haqqında düşünək. Bu məsələdə belaruslu istehsalçılarla birgə istehsal elə ixracyönümlü olacaqdır. Mən Sizin Qafqazda Azərbaycan ilə prioritet əməkdaşlıq haqqında qərarınızı alqışlayıram. Bunun üçün bütün imkanlarımız da, münasibətlərimiz də vardır. Bu gün Azərbaycan bütün Qafqaz iqtisadiyyatının təxminən 80 faizi deməkdir. Bu, nəhəng təbii ehtiyatları və böyük potensialı olan ölkədir.

Odur ki, biz birlikdə çox işlər görə bilərik. Düşünürəm ki, üçüncü ölkələrin bazarlarına meyil göstərmək məhz əməkdaşlığımızın yeni istiqamətlərindən biri olacaqdır.

X X X

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. 

Azərbaycan Prezidenti İlham Əliyevi Belarus Prezidenti Aleksandr Lukaşenko yola saldı.

X X X

Həmin gün Prezident İlham Əliyev Bakıya qayıtmışdır.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi Baş nazir Artur Rasizadə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 06 may 2025
16:06
Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavininin və məhkəmə kollegiyaları sədrlərinin, apellyasiya məhkəmələrinin məhkəmə kollegiyaları sədrlərinin və bəzi birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun...

06 may 2025, 16:06
SƏNƏDLƏR Fərmanlar 06 may 2025
16:04
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli Ərzaq Təhlükəsizliyi və Tədqiqatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Pakistan İslam...

06 may 2025, 16:04
SƏNƏDLƏR Fərmanlar 06 may 2025
16:02
“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Pakistan İslam Respublikasının Gömrük Xidməti (Federal Gəlirlər Şurası) arasında ilkin elektron məlumat mübadiləsinin yaradılması haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Pakistan İslam...

06 may 2025, 16:02
SƏNƏDLƏR Fərmanlar 05 may 2025
16:00
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikası...

05 may 2025, 16:00
SƏNƏDLƏR Fərmanlar 05 may 2025
15:53
“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 183-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22...

05 may 2025, 15:53
SƏNƏDLƏR Fərmanlar 05 may 2025
15:49
“Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1 aprel tarixli 164-VIIQD nömrəli Qanununun tətbiqi və “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 903 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 1...

05 may 2025, 15:49