25 aprel 2022, 13:10

Sevindik Əsgərlidən, Füzuli, Azərbaycan

Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasında dövlət və din siyasətinin düzgün tənzimlənməsi, vətəndaşların etiqad azadlığının qorunması milli-mənəvi dəyərlərimizə dövlət qayğısının bariz nümunəsidir. Bu gün Azərbaycanda hökm sürən tolerantlıq nümunə kimi göstərilir.

Azad olunmuş ərazilərimizdə erməni vandalizmi nəticəsində dağıdılmış məscidlərimizin bərpası və tikintisi Sizin dinimizə və inanclı insanlara qayğınızın nəticəsidir.

Sizin Sərəncamınız əsasında Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən biz dindarlara verilən maddi dəstəyin artırılmasına görə Sizə öz minnətdarlığımı bildirirəm.

Allah Sizi qorusun!

Hörmətlə,

Əsgərli Sevindik İsa oğlu,

“Mahmudlu-2” kənd məscidi dini icmasının sədri və imamı.

Azərbaycan Respublikası, Füzuli rayonu, İkinci Mahmudlu kəndi.