Gülverdi Əsgərovdan, Abşeron, Azərbaycan
Çox hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Düşmən tapdağı altında qalmış Qarabağ və digər ərazilərimiz Sizin güclü siyasətinizlə 30 ildən sonra azad edildi. Siz düşmənin məkrli niyyətini gözündə qoydunuz, xalqımızın qəlbini fərahlandırdınız.
Sizin sərəncamlarınız əsasında, bu gün şəhid ailələrinə, müharibə əlillərinə çox böyük diqqət var. Bu kateqoriyalardan olan insanlar mənzillə, fərdi yaşayış evləri ilə təmin olunurlar. Mən də Qarabağ müharibəsi əlili olaraq, Abşeron rayonunun “Stansiya Sumqayıt” adlanan ərazisində yeni salınmış yaşayış kompleksində mənzillə təmin olunmuşam.
Əziz Prezidentimiz, göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə təşəkkür etməyi özümə borc bilirəm. Allah daim Sizi qorusun.
Hörmətlə,
Əsgərov Gülverdi Dəmir oğlu
Qarabağ müharibəsi əlili
Azərbaycan Respublikası, Abşeron rayonu.