Namik Şahmalıyevdən, Goranboy, Azərbaycan
Hörmətli cənab Prezident.
Əvvəla, 2018-ci il aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 4 ilinin tamam olması münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan xalqı həmin gün bir daha öz düzgün və müdrik seçimini etdi.
Siz 30 ilə yaxın düşmən tapdağı altında qalmış torpaqlarımızı cəmi 44 gün ərzində azad etdiniz. Davamlı olaraq şəhid ailələri və qazilərə göstərdiyiniz diqqət və qayğı artır. Sizin dayanıqlı və davamlı inkişaf siyasətinizin müsbət nəticələri bütün ölkə ərazisində olduğu kimi, Goranboy rayonunda da göz qabağındadır. Tapşırıqlarınız sayəsində rayonda vətəndaşların sosial problemləri diqqətlə araşdırılır, öz müsbət həllini tapır. Biz şəhid ailələrindən diqqət heç zaman əsirgənilmir.
Əziz Prezidentimiz, Goranboy rayonunda olan bütün şəhid ailələri və qazilər adından Sizə minnətdarlıq etməyi özümə borc bildim. Allah Sizi hər zaman var eləsin. Hər birimiz qalib ölkənin qalib Sərkərdəsi ilə fəxr edirik.
Hörmətlə,
Şahmalıyev Namik Göygöz oğlu
Şəhid atası
Azərbaycan Respublikası, Goranboy rayonu, Əlirzalı kəndi