Zakir Bəşirovdan və Rəfail Şükürovdan, Cəlilabad, Azərbaycan
Hörmətli cənab Prezident,
Biz Sizinlə fəxr edirik. Fəxr edirik ki, öz xalqının etimadını layiqincə doğruldan, düşmənlərimizin başını “dəmir yumruq”la əzən, Azərbaycanı qalib ölkəyə çevirən Sizin kimi dövlət başçımız var. Siz daim xalqın içindəsiniz, vətəndaşlarla səmimi ünsiyyət saxlayırsınız. Sizin sayənizdə xalqımızın özünəinam hissi də yüksəlmişdir. Xalq gördü ki, öz seçimində yanılmamışdır, seçib etimad göstərdiyi Prezidenti necə işlər gördü.
Ölkəmizdə şəhid ailələrinə və müharibə əlillərinə böyük diqqət və qayğı göstərilməsi xalqda razılıq doğuran məqamlardan biridir. Dövlətimiz bu kateqoriyalardan olan insanların qayğısını çəkir, onların problemlərini həll edir.
Həmçinin qeyd etməyi özümə borc bilirəm ki, Sizin ölkəmizə rəhbərlik etdiyiniz dövrdə Azərbaycanın hər bir yeri, hər bir guşəsi öz simasını yaxşılığa doğru dəyişmişdir. Cəlilabad rayonunun abadlaşması da yerli sakinlərin ürəyincədir.
Nə demək olar, cənab Prezident?! Tanrı Sizi min budaq eləsin, kölgəniz daim olsun!
Hörmətlə,
Bəşirov Zakir,
Şükürov Rəfail.
Azərbaycan Respublikası, Cəlilabad şəhəri.