13 aprel 2022, 18:31

Ceyhun Abbasovdan, Naftalan, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmiz üçün göstərdiyiniz misilsiz xidmətlərinizə görə biz vətəndaşlar Sizə çox minnətdarıq.

Siz çətin anlarda hər zaman xalqın yanında olmusunuz. 2016-cı ilin aprelində baş vermiş dördgünlük döyüşlərdə Sizin rəhbərliyinizlə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək min hektarlarla ərazini işğaldan azad etdilər. Goranboy və Naftalana təhlükə yarada biləcək Talış kəndi ətrafında yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam azad edildi. Aprel döyüşləri Azərbaycanı tarixi qələbəyə aparan yolun həlledici mərhələsinin başlanğıcı oldu. Eyni zamanda, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfər həmin Aprel döyüşlərinin məntiqi davamı idi. Mən də həmin döyüşlərdə şəxsən iştirak etdiyim üçün qurur hissi keçirirəm.

Əziz Prezidentimiz, Uca Tanrı Sizə və xalqımıza hər zaman kömək olsun.

Hörmətlə,

Abbasov Ceyhun Fərrux oğlu

Azərbaycan Respublikası, Naftalan şəhəri.