Sədrəddin Cəbiyev və başqalarından, Göyçay, Azərbaycan
Möhtərəm cənab Prezident.
Heç kimə sirr deyildir ki, müasir müstəqil Azərbaycan Respublikasında əmin-amanlığın, ictimai-siyasi sabitliyin, vətəndaş birliyinin əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu işlər böyük siyasi təfəkkür və müdriklik tələb edir. Biz çox şadıq ki, bütün bunlar Sizin tərəfinizdən qorunub saxlanılır, Azərbaycan xalqının birliyi daha da möhkəmləndirilir. Siz Azərbaycanın bugünkü uğurlarının, inkişafının qarantısınız.
Bəzi qlobal problemlərə qarşı ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər də təqdirəlayiqdir. Xüsusilə, dünyanı ağuşuna alan koronavirus pandemiyası ilə mübarizəni qeyd etməyi özümüzə borc bilirik. Biz həmçinin görürük ki, müasir dünyada narkomaniya ümumbəşəri bəlaya çevrilmişdir. Azərbaycanda bu bəlaya qarşı aparılan ciddi və qətiyyətli mübarizə tədbirləri bizi qəlbən sevindirir.
Cənab Prezident, Siz Azərbaycanın bu günü və gələcəyi üçün böyük işlər görmüsünüz və görürsünüz. Biz bu yolda daim Sizinləyik.
Hörmətlə,
Cəbiyev Sədrəddin
Sadıqov Nizam
Cavadov Kərim
Qurbanov Anar
Əhmədova Pərvin
Azərbaycan Respublikası, Göyçay şəhəri.