Güləhməd Talıbovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, sosial layihələr vətəndaşların güzəranının daha da yaxşılaşdırılmasına, insanları narahat edən problemlərin aradan qaldırılmasına xidmət edir. Bu islahatların, məqsədyönlü addımların müsbət nəticələri artıq özünü göstərir, əhalinin həyat səviyyəsi günbəgün yaxşılaşır. Üzləşdiyimiz problemlərlə bağlı müraciətlərimizə də diqqətlə yanaşılır, narahatlıq doğuran məsələlər öz həllini tapır, insanlara firavanlıq bəxş olunur.
Biz Bakı şəhərinin Sabunçu rayonunda yaşayırıq. Şəhərdaxili sərnişin nəqliyyatı bizim gündəlik həyatımızda mühüm yer tutur. Yaşadığımız ərazidə bu sahədə yaranmış problemdən əziyyət çəkirdik. Biz bununla əlaqədar Sizə müraciət etmişdik. Müraciətimizdən dərhal sonra problem qısa müddətdə aradan qaldırıldı.
Cənab Prezident, Allah Sizi ailənizlə birlikdə daim xoşbəxt etsin.
Hörmətlə,
Güləhməd Talıbov
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.