12 aprel 2022, 15:38

Dünya Dəmirovadan, Naftalan, Azərbaycan

Möhtərəm cənab Prezident.

İşğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa və quruculuq işlərini biz naftalanlılar da böyük sevinclə qarşılayırıq. Bütün bunlarla yanaşı, respublikamızın hər tərəfində sosialyönümlü layihələrin həyata keçirilməsi uğurla davam etdirilir.

Əhalinin sosial rifah halının yüksəldilməsi hər zaman olduğu kimi, bu gün də Sizin diqqətinizdədir. Sizin göstərişinizlə həyata keçirilən tədbirlər sayəsində Naftalan beynəlxalq turizm mərkəzinə çevrilməkdədir. Şəhərdə ekoloji sabitliyin təmin olunması məqsədilə mütəmadi olaraq parklarda, şəhərin müxtəlif ərazisində yeni ağac və gül kollari əkilir. Bu da biz şəhər sakinlərinin, həmçinin buraya gələn yerli və xarici turistlərin minnətdarlığına səbəb olur.

Müzəffər Ali Baş Komandan, ölkə əhalisinin xoş güzəranı üçün gördüyünüz bütün bu işlərə görə Sizə naftalanlılar adından dərin minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı arzu edirik.

Allah Sizi, millətimizi qorusun.

Hörmətlə,

Dəmirova Dünya Bağır qızı

Azərbaycan Respublikası, Naftalan şəhəri.