Temir Balayevdən, Abşeron, Azərbaycan
Möhtərəm cənab Prezident,
Əlillərə göstərdiyiniz diqqət və qayğıya görə Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin çoxsaylı üzvləri adından və şəxsən öz adımdan Sizə və Mehriban xanıma təşəkkürümü və dərin minnətdarlığımı bildirirəm.
Sizin sayənizdə gözdən əlil insanlara ölkəmizdə böyük qayğı göstərilir, bu zümrədən olan insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılır. Gözümüz dünya işığından məhrum olsa da, Sizin qayğınızdan ürəyimiz pərvazlanır, qəlbimiz mənəvi rahatlıq və böyük təskinlik tapır. Bu böyük humanist addımlar Sizə olan məhəbbətimizi daha da artırır.
Allah Sizi və ailənizi qorusun!
Hörmətlə,
Balayev Temir Xanlar oğlu,
Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Abşeron rayon filialının sədri.
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.