Rəsmiyyə Cəfərovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizə sonsuz təşəkkürümü bildirirəm.
Siz Azərbaycan xalqının və hər bir vətəndaşın rifahının yüksəldilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görürsünüz.
Ölkəmizdə məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar da artıq öz müsbət nəticələrini verir. Mən bu yaxınlarda bunun bir daha şahidi oldum. Bir müddət idi ki, mənə və ailə üzvlərimə ödənilməli olan kompensasiyanı ala bilmirdim. Görülən tədbirlər nəticəsində bizə ödənilməli olan kompensasiya tam olaraq ödənildi. Ailəmizə hədsiz sevinc bəxş olundu.
Əziz Prezidentimiz, ailəmiz adından Sizə bir daha təşəkkürümü bildirir, uzun ömür, cansağlığı arzulayıram.
Ulu Tanrı hər zaman köməyiniz olsun.
Hörmətlə,
Cəfərova Rəsmiyyə Ələddin qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi.