04 aprel 2022, 12:36

Elnarə Allahverdiyevadan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin Ali Baş Komandanlığınızla şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər xalqımızın iftixar yeri, tariximizin ən şanlı səhifələrindən biridir. Qərinələr, əsrlər keçsə belə bu tarix heç zaman unudulamayacaq, hər zaman xoş hisslərlə xatırlanacaqdır.

Mən şəhid anasıyam. Vətən müharibəsində oğlumu itirsəm də, Zəfər sevinci, torpaqlarımzın azadlığı mənə böyük təsəlli olmuşdur.

Cənab Ali Baş Komandan, Siz şəhid ailələrinə, müharibə əlillərinə hər zaman dayaqsınız. Problemlərimizin həlli ilə əlaqədar verdiyiniz tapşırıqlar bizim üçün çox vacib rol oynayır. Müharibə əlilləri və şəhid ailələrinin üzvləri ilə görüşləriniz zamanı onlarla səmimi ünsiyyətiniz, dərdi-sərləri ilə yaxından maraqlanmağınız xalqımıza çox xoş təəssürat bəxş edir. Sizin köməyinizi, qayğınızı yaxından hiss edən vətəndaşlardan biri də mənəm.

Cənab Prezident, mənə göstərilən diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm.

Allah Sizin kölgənizi bizim üzərimizdən əskik etməsin.

Hörmətlə,

Allahverdiyeva Elnarə, şəhid anası

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.