Səadət Ələkbərova və Günel Yolçuyevadan, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident.
Biz Gəncə şəhərində yaşayırıq, aztəminatlı ailələrin üzvləriyik. Sizə dərin minnətdarlığımızı bildiririk. Ona görə ki, bir çox kateqoriyalardan olan vətəndaşlarla yanaşı, aztəminatlı ailələrin üzvlərini də yaddan çıxarmırsınız, onlara maddi və mənəvi dəstək olursunuz, problemlərimizin aradan qaldırılması üçün lazımi işlər görür, vacib tapşırıqlar verirsiniz.
Sözün düzü bizim ailələrin çətin günləri çox olub. Ancaq heç vaxt nə Allahdan, nə də dövlətimizdən ümidimizi üzməmişik. Bizə göstərilən qayğı sayəsində çətinliklərə sinə gərmişik. Müraciətlərimiz cavabsız qalmayıb, problemlərimizin həllində açar rolunu oynayıb.
Əziz Prezidentimiz, Siz xalqımıza daim diqqət və qayğı göstərirsiniz. Sizin apardığınız uğurlu siyasət, gördüyünüz məqsədyönlü işlər sayəsində arzularımızın ən böyüyü həyata keçdi, torpaqlarımız düşmən tapdağından azad olundu.
Biz sadə vətəndaşlar Sizin apardığınız siyasəti daim dəstəkləyir, bu yolda Sizə uğurlar arzulayır, dualar edirik.
Allah Sizi min budaq eləsin!
Hörmətlə,
Ələkbərova Səadət,
Yolçuyeva Günel,
aztəminatlı ailənin üzvləri.
Azərbaycan Respublikası, Gəncə şəhəri.