29 mart 2022, 16:32

Gülşən Ağayevadan, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident,

Suqovuşan qəsəbəsinin sakinləri Sizi ürəkdən salamlayırlar. Siz bizim 30 illik torpaq həsrətimizə son qoydunuz, şəhidlərimizin qısasını aldınız, doğma Qarabağımızı düşmən əsarətindən azad etdiniz. Siz bu Zəfərlə şücaətli Sərkərdə, Müzəffər Ali Baş Komandan olaraq xalqımızın gözündə daha da ucaldınız. Sizin Ali Baş Komandanı olduğunuz şanlı Azərbaycan Ordusu öz qəhrəmanlığı, böyük hünəri ilə milyonlarla insanın yurd həsrətinə son qoydu, məcburi köçkün adını onların üzərindən götürdü.

Siz ulu əcdadımız Dədə Qorquddan qalmış, birlik və bütövlük rəmzi sayılan bayram tonqalını inamla və qalib komandan qüruru ilə alışdırdınız. Bu, bizi çox qürurlandırdı.

Dövlətimizi gündən-günə gücləndirən möhtərəm Prezidentimizə eşq olsun!

Qarabağ Azərbaycandır!

Suqovuşan qəsəbəsinin sakinləri adından hörmətlə,

Ağayeva Gülşən Məhəmməd qızı

Azərbaycan Respublikası, Tərtər rayonu, Şıxarx qəsəbəsi.