Əlixan Məmişovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Biz keçmiş məcburi köçkünlərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirəm.
Siz həyata keçirdiyiniz siyasətlə nəinki Cənubi Qafqaz regionunda, dünyada örnək siyasi Lider olaraq göstərilirsiniz. Vətən uğrunda qazandığımız Qələbə müstəqil Azərbaycan Respublikasının dünyada nüfuzunu daha da artırdı, gələcək inkişafı üçün yeni üfüqlər açdı. Siz Müzəffər Ali Baş Komandan kimi yaratdığınız güclü və qəhrəman Ordumuzla Qarabağı erməni faşistlərinin işğalından azad etdiniz, Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini təmin etdiniz. Siz döyüş meydanında da, siyasət meydanında da düşmənləri məhv etdiniz və Azərbaycanın Zəfər salnaməsini yazdınız. Sizin tapşırıqlarınıza və imzaladığınız sərəncamlara uyğun olaraq Qarabağımız və Şərqi Zəngəzurumuz ən müasir səviyyədə sürətlə yenidən qurulur.
Siz ümumxalq məhəbbətini qazanmış Prezidentsiniz. Xalq “dəmir yumruq” olaraq Sizin ətrafınızda birləşib və heç bir qüvvə bu birliyi sarsıda bilməz.
Əziz Prezidentimiz, Sizə möhkəm cansağlığı, uzun ömür arzulayıram.
Hörmətlə,
Məmişov Əlixan Sərxan oğlu, Zəngilan şəhər sakini.
Azərbaycan Respublikası, Bakı şəhəri.