17 mart 2022, 14:23

Murad Vəlizadədən, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident,

Əvvəlcə, Sizi və ailənizi qarşıdan gələn Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində Sizə bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayıram.

Əziz Prezidentimiz, Sizin sayənizdə bu gün Azərbaycan xalqı çox qürurludur. Ona görə ki, Siz “məğlub xalq” damğasını üzərimizdən götürdünüz, Qarabağa azadlıq, Azərbaycan xalqına Qələbə bəxş etdiniz. Bu Qələbə ilə xalqımızın çoxəsrlik tarixinə yeni şanlı səhifə yazıldı. O səhifə ki, daim fəxrlə xatırlanacaq, iftixarla oxunacaqdır. Siz şəhid ailələrinə də böyük diqqət və qayğı göstərirsiniz. Qədirbilən xalqımız bütün bunları heç vaxt unutmaz.

Cənab Prezident, Sizə və Mehriban xanıma öz dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Sizə yeni-yeni uğurlar arzulayır, möhkəm cansağlığı və uzun ömür diləyirəm.

Hörmətlə,

Vəlizadə Murad Rasim oğlu

Azərbaycan Respublikası, Salyan rayonu, Qaraçala qəsəbəsi.