16 mart 2022, 13:05

Sabir Məmmədovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən keçmiş məcburi köçkünəm, şəhid ailəsinin üzvüyəm. İki övladım tələbədir. Azərbaycan dövlətinin şəhid ailələrinə göstərdiyi diqqət və qayğı sayəsində ailəmin ehtiyaclarını qarşılayıram. Müraciətlərimizə həssaslıqla yanaşılır, problemlərimizin həllinə lazımi kömək göstərilir. İşlə təmin olunmağım barədə müraciətimə diqqətlə yanaşıldı və kömək göstərildi. Həm özüm, həm də həyat yoldaşım işlə təmin olunmuşuq.

Əziz Prezidentimiz, Sizin sayənizdə bu gün Azərbaycan xalqı çox qürurludur. Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımızı düşməndən azad etdik, neçə illər həsrətini çəkdiyimiz doğma yurd-yuvamıza qovuşduq. Sanki üzərimizdən böyük yük götürülüb, ürəyimiz rahatlıq tapıb.

Cənab Prezident, şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə ailəm adından dərin minnətdarlığımı bildirir, uzun ömür, cansağlığı arzu edirəm. Bütün bu gözəlliklər, humanizm Sizin siyasətinizdən qaynaqlanır. Sizin məqsədyönlü fəaliyyətiniz xalqımızın problemlərinin həlli, xoş güzəranı üçün etibarlı zəmin yaratmışdır.

Allah Sizi və dövlətimizi qorusun!

Hörmətlə,

Məmmədov Sabir, şəhid ailəsinin üzvü.

Azərbaycan Respublikası, Gəncə şəhəri.