15 mart 2022, 17:30

Qənbər Saadovdan, Tovuz, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən əmək pensiyaçısıyam. Mənim böyük bir arzum var idi. Otuz il idi bu arzunu ürəyimdə bəsləyirdim, səbirlə gözləyirdim. Düşünürdüm ki, görəsən mənim bu arzum nə vaxt yerinə yetəcək?! Allaha çox şükürlər olsun ki, həmin arzuya çatdım. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, dövlətimizin gözəl, yaraşıqlı üçrəngli bayrağı Qarabağda ən uca zirvələrə sancıldı. Biz aydın başa düşürük ki, bu Zəfər Sizin çox yüksək səviyyədə gördüyünüz məqsədyönlü işlərin, çəkdiyiniz böyük zəhmətin, fədakarlığın nəticəsidir. Əminəm ki, Qarabağda bərpa və yenidənqurma işlərini uğurla başa çatdıracaq, o gözəl yurdumuzu yenidən cənnət-məkana çevirəcəksiniz. Siz həyatda ən böyük mükafat olan ümumxalq məhəbbətini qazanmısınız.

Fürsətdən istifadə edərək, Sizi, ailənizi və ümumilikdə Azərbaycan xalqını müqəddəs bayramımız olan Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür, daim belə möhkəm iradə arzulayıram. Əla işlərinizə görə çox sağ olun.

Allah Sizi hər zaman pənahında saxlasın!

Hörmətlə,

Saadov Qənbər, əmək pensiyaçısı.

Azərbaycan Respublikası, Tovuz rayonu, Alakol kəndi.