15 mart 2022, 11:42

Dürdanə Sahratovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin rəhbərliyinizlə Azərbaycan Ordusu 44 gün çəkən Vətən müharibəsində heyrətamiz Qələbə əldə edərək, dünya hərb tarixinə yeni şanlı səhifə yazdı. Eyni zamanda, Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə yazıldığı kimi, mənim və bütün şəhid ailələrinin yaddaşına həkk olundu. Şəhidlərimizin qanı yerdə qalmadı, qisası alındı, Vətənimizin ərazi bütövlüyü bərpa olundu.

Şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən qayğı göz qabağındadır. Siz şəhid Cavid Sahratlının arzusunu həyata keçirdiniz. Onun həyat yoldaşını və üç azyaşlı uşağını sevindirdiniz. Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yaşayış kompleksində ailəmizə mənzil verilmişdir. Çox sağ olun, cənab Prezident. Allah Sizi qorusun!

Möhtərəm Prezident, biz Sizi çox sevirik. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Sizə və Mehriban xanıma öz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Bu münasibətə cavab olaraq, üç azyaşlı uşağımı Vətənə məhəbbət ruhunda tərbiyə edəcək, Vətənin müdafiəsinə hazırlayacağam.

Çox şadıq ki, Azərbaycan adlı “gəmi”nin sükanı etibarlı əllərdədir. Heç kim bu “gəmi”ni əks tərəfə yönəldə bilməz.

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Sahratova Dürdanə Hüseyn qızı, şəhid ailəsinin üzvü.

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi.