14 mart 2022, 11:50

Brilyant Babaşovadan, Bakı, Azərbaycan

Əziz və möhtərəm cənab Prezident,

Sizə bu məktubu yazmaqda məqsədim odur ki, Vətən müharibəsində qazandığımız Qələbəyə görə Sizə minnətdarlığımı bildirim.

Siz uğurlu siyasətiniz nəticəsində torpaqlarımızı işğaldan azad etdiniz, uzun sürən həsrətə son qoydunuz. Gözüyaşlı ana və bacıların ürəyinə su səpildi, qəlblərinə rahatlıq gəldi. Şəhid analarının qisası alındı, övladlarının qanı yerdə qalmadı.

Əziz Prezidentimiz, Sizin adınız Azərbaycan tarixinə qızıl hərflərlə Müzəffər Ali Baş Komandan olaraq yazıldı. Ailəm adından bir daha Sizə təşəkkür edirəm.

Allah Sizi bizə çox görməsin.

Qarabağ Azərbaycandır!

Yaşasın Azərbaycan!

Hörmətlə,

Babaşova Brilyant

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi.