12 mart 2022, 12:00

Elbəy Məmmədovdan, Bərdə, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən Birinci Qarabağ müharibəsi veteranıyam. O dövrdə ölkəmizdə vahid komandanlıq olmadığından xalqımız çox ağrı-acı çəkdi, torpaqlarımızın bir hissəsini itirdik. Neçə illər bu ağrı-acı ilə yaşadıq, lakin ümidimizi üzmədik. Nəhayət, Sizin – Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, möhkəm iradəsi sayəsində düşmənə öz sözümüzü dedik və torpaqlarımızı işğaldan azad etdik. Siz Ali Baş Komandan olaraq, hərbi sahədə, siyasi Lider olaraq siyasi arenada və informasiya məkanında düşmənə qarşı cəsarətlə mübarizə apardınız və qalib gəldiniz. Bu işlərin dəyəri ölçüyəgəlməzdir.

Bu çətin siyasi şəraitdə göstərdiyiniz uğurlu xidmətlərə və əldə etdiyiniz müvəffəqiyyətə görə Sizi təbrik edirəm. Supergüclər arasında gedən bu ağır mübarizə fonunda ölkəmizin Cənubi Qafqazda günü-gündən uğurla inkişaf etməsi və mütləq söz sahibinə çevrilməsi Sizin uğurlu xarici və daxili siyasətinizin nəticəsidir. Bu çətin yolda Sizə yeni müvəffəqiyyətlər, möhkəm cansağlığı, bol-bol uğurlar arzu edirəm.

Hörmətlə,

Məmmədov Elbəy Məmməd oğlu,

Qarabağ müharibəsi veteranı.

Azərbaycan Respublikası, Bərdə rayonu, Hacallı kəndi.