11 mart 2022, 11:59

Elxan Xəlilovdan, Salyan, Azərbaycan

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin apardığınız uğurlu siyasətin nəticəsində ölkəmizdə əmin-amanlıq, siyasi sabitlik hökm sürür. Bütün sosial qruplar dövlət qayğısı ilə əhatə olunublar. Vətəndaşların təhlükəsizliyi və sosial müdafiəsi dövlət tərəfindən tam təmin olunur. Bir sözlə, Azərbaycan gündən-günə sürətlə inkişaf edir və dünyaya günəş kimi doğur. Bütün bunlar Sizin kimi müdrik siyasətçinin və zəngin dünyagörüşünə malik ideal Liderin əbədiyaşar əsərinin elementləridir.

Cənab Prezident, bu gün müşahidə olunan müsbət amillərdən biri odur ki, vətəndaş müraciətlərinə obyektiv və həssas yanaşılır. Üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışan nümunəvi dövlət qulluqçularının sayının getdikcə artdığını görürük.

Sizə uğurlar arzulayır, möhkəm cansağlığı, uzun ömür diləyirəm. Allah ölkəmizə davamlı əmin-amanlıq qismət etsin! Mən fəxr edirəm ki, Sizin kimi Prezidentimiz var. Daim uca olasınız!

Yollarınız açıq, qollarınız hər zaman qüvvətli olsun!

Yaşasın müstəqil Azərbaycan dövləti!

Hörmət və ehtiramla,

Xəlilov Elxan

Azərbaycan Respublikası, Salyan rayonu, Kərimbəyli kəndi.