10 mart 2022, 18:00

Gülşən Cəlilovadan, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Siz hər zaman mədəniyyət və incəsənət xadimlərini diqqətdə saxlayır, onları layiqincə dəyərləndirirsiniz.

Atam - xalq artisti, Prezident təqaüdçüsü, “Şərəf” və “Şöhrət” ordenli mahir qaboy ustası Kamil Cəlilovun da sənəti dövlətimiz tərəfindən daim qayğı və diqqətlə əhatə olunub. Mərhum atamın dəfni dövlətimiz tərəfindən yüksək səviyyədə təşkil olundu, o, II Fəxri xiyabanda torpağa tapşırıldı.

Cənab Prezident, Kamil Cəlilov sənətinə göstərdiyiniz böyük ehtirama görə Sizə ailəmiz adından dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirirəm.

Tanrı Sizi qorusun!

Hörmətlə,

Cəlilova Gülşən Kamil qızı

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi.