09 mart 2022, 15:38

Lətif Haqverdiyevdən, Sabirabad, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin sayənizdə xalqımız əmin-amanlıq şəraitində yaşayır, firavan həyata sahibdir. Uzun illər çəkilən zəhmətin, görülən məqsədyönlü işlərin hesabına torpaqlarımızı işğaldan azad etdik.

Mənim oğlum torpaqlarımızın azadlığı uğrunda vuruşmuş və şəhid olmuşdur. Bizə - şəhid ailələrinə göstərdiyiniz diqqətə, qayğıya görə Sizə təşəkkür və minnətdarlığımızı bildiririk. Ulu öndər Heydər Əliyevin və Sizin ölkəmizə rəhbərliyiniz dövründə şəhid ailələrinin, müharibə əlillərinin sosial və mənzil-məişət problemlərinin həllinə böyük diqqət yetirilmişdir. Həmçinin qeyd etməyi özümə borc bilirəm ki, vaxtaşırı meydana çıxan problemlərimizin həlli ilə əlaqədar Sizə ünvanladığımız müraciətlərə də diqqətlə yanaşılır, problemlər öz həllini tapır.

Əziz Prezidentimiz, bütün bunlara görə Sizə bir daha öz minnətdarlığımı bildirirəm. Ulu Tanrı hər zaman köməyiniz olsun!

Hörmətlə,

Haqverdiyev Lətif Əli oğlu, şəhid atası.

Azərbaycan Respublikası, Sabirabad rayonu, Qaragüney kəndi.