09 mart 2022, 12:22

Arzuyə Abbasovadan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən, bir şəhid ailəsinin üzvü kimi, Sizə ürəkdən minnətdarlığımı bildirirəm. Otuz il düşmən tapdağı altında olan Qarabağı Sizin güclü iradəniz sayəsində azad etdik. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq göstərərək şəhid olan şəxslərə, müharibə əlillərinə xalqımız hər zaman minnətdarlıq hissi duyacaqdır. Sizin göstərişiniz və imzaladığınız sərəncamlar əsasında bu gün şəhid ailələrinə və müharibə əlillərinə böyük diqqət vardır. Bu kateqoriyalardan olan vətəndaşlar mənzillə, avtomobillə, işlə təmin olunurlar.

Mən övladımın işsizliyinə görə çox narahat olduğum üçün müraciət etmişdim. Müraciətim nəzərə alındı və qızım işlə təmin olundu.

Əziz Prezidentimiz, mənə və ailəmə göstərilən diqqətə görə Sizə və bu işdə əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm. Mən çox sevinirəm ki, Sizin başçılıq etdiyiniz dövlətdə şəhid ailələrinə belə diqqət göstərilir. Siz bizim tək Prezidentimiz yox, həm də dayağımızsınız.

Mən Sizinlə fəxr edirəm, hər zaman Sizi dəstəkləyəcəyəm.

Dərin hörmətlə,

Abbasova Arzuyə Həbib qızı, şəhid ailəsinin üzvü.

Azərbaycan Respublikası, Gəncə şəhəri.