07 mart 2022, 11:17

Rəşad Kərimov, Xosrov Bəşirov və İlyas Baxışovdan, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident,

Bu ilin əvvəlindən başlayaraq Tərtər şəhərində tikinti və abadlıq işləri yeni vüsət almışdır. Şəhərimizin küçələri memarlıq tələblərinə uyğun olaraq yenidən qurulur. Əli İsmayılov küçəsi əsaslı təmir olunub. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan küçəyə yeni asfalt örtüyü salınıb. Hazırda isə bizim yaşadığımız Molla Pənah Vaqif küçəsi əsaslı təmir olunur. Qəzalı vəziyyətdə olan istinad divarları sökülərək yenidən hörülür, divarlar aqlay və digər bəzək daşları ilə üzlənir, kommunikasiya sistemi, işıq, qaz, telefon xətləri səliqəyə salınır, ağaclar budanır.

Cənab Prezidentimiz, biz tərtərlilərə göstərilən diqqət və qayğıya görə küçəmizin sakinləri adından Sizə öz minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Kərimov Rəşad,

Bəşirov Xosrov,

Baxışov İlyas.

Azərbaycan Respublikası, Tərtər şəhəri.