04 mart 2022, 17:40

Elvin Xəlilovdan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin həyata keçirdiyiniz genişmiqyaslı islahatların əsas qayəsini vətəndaşların güzəranının daha da yaxşılaşdırılması təşkil edir. Bu islahatların, məqsədyönlü addımların müsbət nəticələrini biz bu gün real həyatda görürük. Üzləşdiyimiz çətinliklərlə bağlı müraciətlərimizə də diqqətlə yanaşılır, narahatlıq doğuran məsələlər öz həllini tapır. Görülən bu müsbət işlər Sizə olan ümumxalq məhəbbətini daha da artırır.

Cənab Ali Baş Komandan, mən Sumqayıt şəhər sakiniyəm, Vətən müharibəsi əliliyəm. Sizi hər zaman özümə ümid yeri bilmişəm. Bir çətinliyim olanda Sizə müraciət etmişəm və hər zaman nəticəsini görmüşəm.

Hazırda, əlillərin bərpa mərkəzində müalicə olunuram. Ümid edirəm ki, bu müalicənin xeyrini görəcəyəm.

Cənab Prezident, bütün bunlar Sizin ölkə vətəndaşlarına olan diqqət və qayğınızın nəticəsidir. Göstərilən diqqətə və köməyə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Xəlilov Elvin,

Vətən müharibəsi əlili.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.