04 mart 2022, 19:20

Hətəm Qocayevdən, Naftalan, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin rəhbərliyinizlə görülmüş genişmiqyaslı işlər, dərin islahatlar nəticəsində ölkəmiz siyasi və iqtisadi baxımdan sabit, təhlükəsiz ölkədir. Azərbaycanda sahibkarlıq fəaliyyətini tənzimləyən qaydaların əhəmiyyətli dərəcədə liberallaşdırılması, sahibkarlığa dövlət maliyyə yardımı mexanizmlərinin təkmilləşdirilməsi bunun bariz ifadəsidir. Naftalanlı sahibkarlar da yaradılan əlverişli şəraitdən səmərəli şəkildə yararlanırlar. Mən də bir sahibkar kimi, dövlət tərəfindən sahibkarlara verilən güzəştli kreditlərdən yararlandım və günü-gündən inkişaf edən şəhərimizdə müasir standartlara cavab verən müalicə mərkəzinin tikintisini həyata keçirdim.

Cənab Prezident, bütün bunlar Sizin dövlət, xalq qarşısındakı əvəzsiz xidmətinizin nümunələridir. Buna görə də Sizə naftalanlılar adından dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Uca Allah Sizi qorusun!

Hörmətlə,

Qocayev Hətəm Əli oğlu,

“Park Naftalan” MMC-nin direktoru.

Azərbaycan Respublikası, Naftalan şəhəri.