02 mart 2022, 13:35

Vüsal Abbasovdan, Bakı, Azərbaycan

Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin rəhbərliyinizlə əbədi və əzəli torpaqlarımızın yağı düşməndən azad edilməsində iştirak etdiyim üçün qürurluyam. 44 günlük Vətən müharibəsində Qarabağ düşməndən azad edilərək geri qaytarıldı.

Mən II qrup Vətən müharibəsi əliliyəm. Füzuli, Xocavənd, Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak etmişəm. Vətən yolunda xidmətlərimə görə Sizin sərəncamlarınızla “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşam.

Sizin qazilərə və şəhid ailələrinə göstərdiyiniz qayğı və diqqət daim hiss edilir. Həmin qayğının nəticəsi olaraq, mənə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində təmirli yeni mənzil təqdim olunmuşdur. Buna görə Sizə öz təşəkkürümü bildirirəm. Sizin kimi igid və mərd Sərkərdəyə, Liderə sahib olduğumuz üçün biz azərbaycanlılar qürurluyuq və Sizinlə fəxr edirik.

Hörmətlə,

Abbasov Vüsal Səlim oğlu,

Vətən müharibəsi əlili.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu.